Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Olimpiakos” klubu “Neftçi” ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

“Olimpiakos” klubu “Neftçi” ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

Yunanıstanın “Olimpiakos” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
BrendSport.az xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb.
Heyətə qapıçılar - Tomaş Vatslik (Çexiya), Eqmundur Kristinsson (İslandiya), Konstantinos Tsolakis, müdafiəçilər - Usseynu Ba (Seneqal), Ruben Semedu (Portuqaliya), Kenni Lala (Fransa), Svetozar Markoviç (Serbiya), Avraam Papadopulos, Sokratis Papastatopulos, Oleq Ryabçuk (Moldova), yarımmüdafiəçilər - Tanasis Andrutsos, Andreas Buxalakis, Giorqos Masuras, Məhəmməd Kamara, Agibu Kamara (hər ikisi Qvineya), Pyer Kunde (Kamerun), Yan M Vila, Matyö Valbuena (hər ikisi Fransa), hücumçular: Nikola Çumiç, Lazar Ranceloviç (hər ikisi Serbiya), Yussef əl-Ərabi (Mərakeş), Ahmed Hasan Koka (Misir), Tikinyo (Braziliya) və Marius Vrusainin (Albaniya) adı daxil edilib.
Qeyd edək ki, “Olimpiakos” və “Neftçi” arasında ilk oyun iyulun 21-də Yunanıstanda, cavab matçı isə 1 həftə sonra Azərbaycanda olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş