Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Samir Abasov: Vaxt keçdikcə daha yaxşı oynayacağıq

Samir Abasov: Vaxt keçdikcə daha yaxşı oynayacağıq


Bəzi epizodlarda səhvlərimiz oldu. Amma oyundan-oyuna daha da güclənəcəyik. Buna əminəm. Futbolçularım hər iki matçda əlindən gələni etdi. Cəmi 3 yoxlama matçından sonra bu səviyyədə oynamaq asan deyil. Oyunçularımız bacardılar və lazımi nəticəni qazandılar.
BrendSport.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını Bakıda məğlub edən "Neftçi"nin baş məşqçisi Samir Abasov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, qol buraxdıqdan sonra hücuma atılmalı idik. Necə oynamalı olduğumuzu bilirdik. Yenə deyirəm, əsas nəticə idi.
"Əminəm ki, vaxt keçdikcə daha yaxşı oynayacağıq. "Olimpiakos" bu cür epizodları bizə bağışlamayacaq. Əlimizdən gələni edəcəyik. Yeni transferlər gözlənilir. Honda kimi oyunçumuz yoxdur ki, rəqib hücumlarının qarşısını alsın. Bəlkə də bu cür oyunlar işimizi asanlaşdıra bilər. "Olimpiakos" bizə birinci zonada oynamağa imkan verməyəcək. Səhvlərimiz bizə kömək edə bilər", -deyə S.Abasov əlavə edib.
Qeyd edək ki, "Neftçi" klubu doğma meydanda 2:1 hesablı qələbə qazanıb. Komandalar arasında Tbilisidəki ilk qarşılaşma da “Neftçi”nin eyni hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsinə görə, Bakı təmsilçisi UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib. Təmsilçimiz növbəti mərhələdə Yunanıstanın "Olimpiakos" komandası ilə qarşılaşacaq. İkinci təsnifat mərhələsinin ilk oyunları iyulun 20-21-də, cavab görüşləri isə 1 həftə sonra təşkil olunacaq. "Neftçi" klubu "Olimpiakos" ilə ilk görüşünü səfərdə keçirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş