Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Reqbi-7 üzrə yeniyetmələr arasında respublika birinciliyinin açılış mərasimi keçirilib

Reqbi-7 üzrə yeniyetmələr arasında respublika birinciliyinin açılış mərasimi keçirilib


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Reqbi Federasiyasının birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Şəmkir Olimpiya İdman kompleksində keçirilən reqbi-7 üzrə yeniyetmələr arasında respublika birinciliyinin açılış mərasimi baş tutub.
BrendSport.az xəbər verir ki, açılış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı Fəxrəddin Vəliyev, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Azərbaycan Reqbi Federasiyasının prezidenti Elşən Abbasov, birinci vitse-prezidenti Elvar Osmanov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov və başqaları ölkəmizdə idmanın, eləcə də reqbinin inkişafından bəhs edib, bütün komandalara uğurlar arzulayıblar.
Yarışda ümumilikdə 8 komanda - Bakı, Gəncə, Sumqayıt, Şəki, Naftalan, Şəmkir, Gədəbəy və Qəbələ komandaları iştirak edirlər.
Qeyd edək ki, Reqbi-7 üzrə yeniyetmələr arasında yarış Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq xüsusi karantin rejiminin qaydalarına əməl edilməklə və həkim nəzarəti altında keçirilir.


Facebook-da paylaş

Xəbəri paylaş