Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qanalı hücumçunun “Qarabağ”a keçidi alınmayıb

Qanalı hücumçunun “Qarabağ”a keçidi alınmayıb

Portuqaliyanın "Vitoriya" klubunun hücumçusu Abdul-Əziz Yakubunun "Qarabağ"a transferi baş tutmayıb.
BrendSport.az xəbər verir ki, 22 yaşlı qanalı hücumçu ilə ilkin razılığa gəlinsə də, o, tibbi baxışdan uğurla keçə bilməyib. “Qarabağ”ın həkimləri futbolçunun transferini məsləhət görməyiblər. Klub rəhbərliyi də futbolçunun keçidindən imtina etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, gənc hücumçu ötən mövsümü icarə əsasında Portuqaliyanın “Eştoril” klubunda keçirib. Yakubu 34 oyunda 15 qol vuraraq komandanın Premyer Liqaya yüksəlməsində pay sahibi olub.


Facebook-da paylaş

Xəbəri paylaş