Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İtaliya - İspaniya oyununun ən yaxşı futbolçusu bəlli oldu

İtaliya - İspaniya oyununun ən yaxşı futbolçusu bəlli oldu


Futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsində baş tutan İtaliya və İspaniya oyununun ən yaxşı futbolçusu məlum olub.
BrendSport.az xəbər verir ki, matçın ən yaxşı oyunçusu İtaliya millisinin futbolçusu Federik Kieza seçilib.
Qeyd edək ki, Federik Kieza oyunun 60-cı dəqiqədə hesabı açıb. O, qapıçı Donnarummanın başladığı sürətli əks-hücumu cərimə meydançasından kənardan vurduğu baxımlı zərbə ilə dəqiq tamamlayıb.
Londonun “Uembli” stadionunda keçirilmiş qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasını daha dəqiq yerinə yetirən İtaliya komandası çempionatın ilk finalçısı olub.


Facebook-da paylaş

Xəbəri paylaş