Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tamblinqçilərimiz Rusiyada beynəlxalq turnirdə 4 medal qazanıblar



BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, məşq toplanışı və yarışda iştirak üçün Rusiyaya tamblinqçilərimiz – Mixail Malkin, Bilal Qurbanov, Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov yollanıblar.

Təlim-məşq toplanışı iyunun 23-dən iyulun 1-dək davam edib. Ardınca tamblinqçilərin “Zvyozdi prijkov” adlı yarışı keçirilib. Turnirdə böyüklər arasında yarışan M.Malkin və gənclər yaş qrupunda çıxış edən A.Hacızadə və B.Qurbanov ikinci, A.Karataşov isə üçüncü yerdə qərarlaşıblar. Digər gimnastlarımız H.Əsədullayev, E.Məmmədov və böyüklər arasında yarışan T.Əliyev müvafiq olaraq 12-ci, 10-cu və 8-ci nəticəni göstəriblər.


Facebook-da paylaş

Xəbəri paylaş