Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa üçüncüsü olub



BrendSport.az xəbər verir ki, qitə birinciliyinin ilk 3 günündə güləşin bu növü üzrə mübarizə baş tutub. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Avropa çempionatına qatılan millimiz uğurlu çıxışla azarkeşləri sevindirib. Belə ki, güləşçilərimizdən dördü fəxri kürsüyə qalxıb. Kənan Heybətov (61 kq), Turan Bayramov (70 kq) və Cəbrayıl Hacıyev (74 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Yalnız finalda məğlub olan Aydın Əhmədov (125 kq) isə ikinci yeri tutub.

Beləliklə, 3 qızıl və 1 gümüş medal qazanan yığmamız 119 xal toplayaraq komanda hesabında Avropa 3-cüsü olub. Rusiya (185) birinci, Türkiyə (126 kq) isə ikinci pillədə qərarlaşıblar.

Sonuncu dəfə analoji yarışda sərbəst güləşdə belə yüksək nəticə 2017-ci ildə qeydə alınıb. Maraqlıdır ki, həmin qitə birinciliyi də məhz Dortmundda keçirilmişdi. Komandamız 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışdı.


Facebook-da paylaş

Xəbəri paylaş