Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yaponiya Olimpiadaya qatılacaq altı ölkənin yığmalarına nəzarəti gücləndirəcək



BrendSport.az “Yomiuri” qəzetinə istinadla xəbər verir ki, bu nəzarət Hindistan, Pakistan, Nepal, Şri-Lanka, Maldiv və Əfqanıstan yığmalarına tətbiq ediləcək. Bildirilir ki, həmin yığmalar Yaponiyaya yola düşməzdən bir həftə əvvəldən başlayaraq hər gün COVID testi verməlidirlər. Həmçinin, həmin dövrdə və Yaponiyaya gəldikdən sonra 3 gün müddətində bu idmançılar öz məşqçilərindən və komanda üzvlərindən başqa heç kimlə ünsiyyətdə olmamalıdırlar.

Qeyd edilir ki, artırılmış tələblər iyulun 1-dən qüvvəyə minəcək. Digər idmançılar isə Yaponiyaya gəlməzdən 96 saat əvvəl iki koronavirus testi verməlidirlər.

Xatırladaq ki, Tokio Olimpiya oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş