Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Naftalan” reqbi klubunun idmançıları üçün təlim-məşq toplanışına start verilib



Azərbaycan Reqbi Federasiyasından BrendSport.az-a verilən məlumata görə, Naftalan Şəhər Gənclər və İdman İdarəsinin dəvəti ilə Naftalanda təşkil edilən və üç gün davam edəcək məşqlərə Gəncə Reqbi Klubunun məşqçi-müəllimləri də qatılıblar. Təlim-məşqlərdə təcrübəli mütəxəssislər bütün yaş dərəcələri üzrə məşq prosesini izləyib, balaca reqbiçilər ilə birgə çalışmalarda iştirak edirlər.

Naftalan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev təlim-məşqlər zamanı federasiya nümayəndələrini və idmançıları qəbul edib. O, dəvəti qəbul edib gəldikləri üçün Azərbaycan Reqbi Federasiyasının rəhbərliyinə və məşqçi-müəllimlərinə təşəkkürünü bildirib. S.Qocayev təlim-məşqlərin təşkilində əsas məqsədin idmanın digər növlərində olduğu kimi, reqbi üzrə də idmançılarımızın böyük nailiyyətlər əldə etmələri üçün şərait yaratmaq olduğunu bildirib.

Sonda Naftalan Reqbi Klubunda ölkəmizin idman şərəfini layiqincə qoruyacaq atletlərin yetişəcəyinə əminlik ifadə olunub.


Facebook-da paylaş

Xəbəri paylaş