Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Türkiyəni Bakıda keçiriləcək dünya yaş qrupları yarışlarında 6 gimnast təmsil edəcək

Türkiyəni Bakıda keçiriləcək dünya yaş qrupları yarışlarında 6 gimnast təmsil edəcək

Azərbaycan Gimnastika Federasiyası ilk dəfə aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarını təşkil edəcək.
BrendSport.az xəbər verir ki, sayca 9-cu olan bu yarış mayın 21-23-də Milli Gimnastika Arenasında keçiriləcək. İlkin qeydiyyat siyahısına əsasən, yarışlarda 18 ölkədən gimnastlar iştirak edəcəklər.
Türkiyə komandasının Bakıda keçiriləcək turnir üçün heyəti açıqlanıb. Heyətdə İsmail Altıparmak, Okay Arsan, Zeren Ekin Fırat, Can Sarı, Şimal Seyman və Belinay Yetişen yer alıblar.
Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar.
Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş