Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İyunda “Fulya” filminin çəkilişlərinə başlanacaq

İyunda “Fulya” filminin çəkilişlərinə başlanacaq

Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin nəticələrinə əsasən, 11 layihə qalib elan edilib. Onlardan 5-i bədii, 4-ü sənədli, 2-si animasiyaya film layihələridir.
“Böyük Qayıdış” müsabiqəsinin qalibi olmuş “Fulya” sənədli film layihəsi üzrə çəkilişlərə iyun ayında start veriləcək. Layihə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən təqdim olunub.
Kinostudiyadan BrendSport.az a bildirilib ki, “CNN Türk” telekanalının jurnalisti, İkinci Qarabağ müharibəsi zamanı həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynamış Fulya Öztürk haqqında sənədli film “DADA Film Prodakşn” ilə birgə istehsal olunacaq.
Filmdə Fulya Öztürkün və teleoperatorun çəkdiyi, yayımlanmamış 11 saatlıq videomateriallardan istifadə ediləcək.
Filmin ssenari müəllifi və rejissoru Tahir Əliyevdir. Çəkilişlər İstanbulda – “CNN Türk”də başlayacaq, daha sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam edərək Şuşada yekunlaşacaq.




Facebook-da paylaş

Xəbəri paylaş