Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İndoneziyanın batmış sualtı qayığının qalıqları aşkarlanıb

İndoneziyanın batmış sualtı qayığının qalıqları aşkarlanıb


Axtarış-xilasetmə komandaları İndoneziyanın təlimlər zamanı itmiş “KRI Nanggala-402” sualtı qayığının qalıqlarını aşkarlayıblar.
BrendSport.az Associated Press agentliyinə istinadla xəbər verir ki, bu barədə İndoneziya Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, admiral Yudo Marqono məlumat verib. Onun sözlərinə görə, xilasedicilər sualtı qayığa məxsus torpeda aparatının detallarını, periskop üçün yağ şüşəsinin və ekipaj üzvlərinin namaz xalçalarını tapıblar. Beləliklə, indi qayıq itmiş yox, batmış sayılır.
Admiral qeyd edib ki, bir müddət öncə axtarış zonasında suyun səthində aşkarlanan neft ləkəsi yanacaq çənindəki sızıntı və ya gəmini yüngülləşdirmək üçün heyətin yanacaq və mayeni dənizə axıtması nəticəsində əmələ gələ bilərdi.
Qeyd edək ki, aprelin 21-də Bali adası yaxınlığında keçirilən təlimlərin gedişində İndoneziya Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıqla əlaqə kəsilib. Qəza zamanı sualtı qayığın göyərtəsində 53 nəfər olub.


Facebook-da paylaş

Xəbəri paylaş