Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir




Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yenidənqurma və bərpa işləri sürətlə davam edir. Tələbələrə dərslərdə maksimal şəraitin yaradılması məqsədilə güləş zalı da əsaslı şəkildə təmir edilib. Ümumi sahəsi 402 kvadratmetr olan zal məşq zamanı tələbələrin fiziki dözümlülüyünün artırılması üçün xüsusi avadanlıqla təchiz olunub.

BrendSport.az
xəbər verir ki, güləş zalının sentyabrın 23-də keçirilən açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov və Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev iştirak ediblər.
Akademiyanın rektoru Fuad Hacıyev qonaqlara yenidənqurma işləri barədə ətraflı məlumat verib.
Güləş zalında, həmçinin tələbələrin sevimlisi, uzun illər Akademiyada fəaliyyət göstərən “İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri professor Xanlar Qurbanovun həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb, xatirə lövhəsi vurulub.
X.Qurbanov beynəlxalq dərəcəli hakim, SSRİ İdman ustası, Əməkdar məşqçi, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının birinci vitse-prezidenti olub. Onun xidmətləri dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin müxtəlif sərəncamları ilə X.Qurbanov “Tərəqqi” medalına, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.
Pandemiya şəraitinə uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il avqustun 29-dakı tarixli 312 nömrəli “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə qərarına əsasən Akademiyada tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər mütəmadi həyata keçirilir, buraxılış rejimi sanitar-epidemioloji tələblər nəzərə alınmaqla təşkil olunur. Eyni zamanda, Akademiyanın 3 giriş-çıxış məntəqəsinə qısa müddətdə 15-20 tələbənin hərarətini ölçmək imkanı olan universal, professor-müəllim və inzibati heyət üçün isə fərdi teplovizorlar quraşdırılıb. Sosial məsafənin saxlanılması məqsədilə yerdə dayanma işarələri çəkilib.
Görülən işlər tədbir iştirakçıları tərəfindən məmnunluqla qarşılanıb.









Facebook-da paylaş

Xəbəri paylaş