Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Qızıl əlcək” idman klubu qanvermə aksiyasına qoşulub

“Qızıl əlcək” idman klubu qanvermə aksiyasına qoşulub

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından “Qızıl əlcək” idman klubu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışına və Heydər Əliyev Fondunun başlatdığı təşəbbüsə qoşulub.
Əməkdar məşqçi, “Qızıl əlcək” idman klubunun baş məşqçisi Rəhim Allahverdiyevin AZƏRTAC-a verdiyi məlumata görə, klubun rəhbərliyinin təşəbbüsü ilə kollektiv talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara yardım üçün qanvermə aksiyasında iştirak ediblər. Onlar qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə könüllü olaraq qan veriblər.
Karantin rejiminin tələblərinə uyğun olaraq qanvermə zamanı aksiyada iştirak edənlər və həkimlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib.


Facebook-da paylaş