Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq

Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
XV Avropa Gənclər Yay Olimpiya Festivalının atletlərini Bakıda salamlamaqdan məmnunluq duyuram. Azərbaycanın paytaxtı Bakı növbəti dəfə irimiqyaslı idman tədbirinə ev sahibliyi edəcək.

BrendSport.az xəbər verir ki, bu sözləri Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, idman infrastrukturu ilə yanaşı, Atletlər kəndi də festivala tam hazırdır. Şəhərimizdə qonaqları salamlamağı səbirsizliklə gözləyirik.
“İnanıram ki, 7 gün ərzində keçiriləcək festival atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq. Biz səbirsizliklə təmiz və maraqlı qarşılaşmaların keçirilməsini gözləyirik”, - deyə A.Rəhimov əlavə edib.
Qeyd edək ki, 12 idman qurğusunda keçiriləcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet birincilik uğrunda mübarizə aparacaq. Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. “Bakı 2019”da atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.


Facebook-da paylaş