Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa Gənclər Olimpiya Festivalında güləşçilərimizin rəqibləri müəyyənləşib

Avropa Gənclər Olimpiya Festivalında güləşçilərimizin rəqibləri müəyyənləşib
İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları start götürəcək.

BrendSport.az xəbər verir ki, ilk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində mübarizə baş tutacaq.
Atletlər Kəndində həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib. Sərbəst güləş üzrə A qrupunda birinci turda Murad Haqverdiyev (45 kq) Eldar Asakayev (Rusiya), səkkizdəbir finalda Əbülfəz Nəsirov (55 kq) Harvey Ridinqsla (Böyük Britaniya) mübarizə aparacaqlar. Yunan-Roma güləşi üzrə təsnifat mərhələsində təmsilçimiz Fərid Sadıxlı Andrea Martino (İtaliya), səkkizdəbir finalda Nihat Məmmədli Olivye Şkripçakla (Polşa) gücünü sınayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş