Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənclər və İdman Nazirliyində “Beşiktaş”ın portuqaliyalı futbolçusu Rikardu Quarejma ilə görüş keçirilib



Bu gün Gənclər və İdman Nazirliyində İstanbulun “Beşiktaş” klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Quarejma ilə görüş keçirilib.

BrendSport.az xəbər verir ki, görüşdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov iki gün əvvəl UEFA Avropa Liqasının final oyununun Bakıda yüksək səviyyədə təşkil edildiyini xatırladaraq, bu tədbirin əsl futbol bayramına çevrildiyini bildirib. Azarkeşlərin və qonaqların öz ölkələrinə xoş təəssüratlarla qayıtdıqlarını deyən nazir əmin olduğunu bildirib ki, onlar dost kimi yenidən Bakıya gələcəklər. R.Quarejmanın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2007-ci il oktyabrın 13-də Bakıda keçirilən Azərbaycan-Portuqaliya qarşılaşması ilə əlaqədar ölkəmizdə olduğunu xatırladan nazir onun yenidən respublikamıza gəlməsindən məmnunluğunu bildirib.

Futbolçu ölkəmizə səfərindən xoş hisslər keçirdiyini, burada yüksək səviyyədə qarşılandığını vurğulayıb. R.Quarejma əvvəllər də Bakıda olduğunu, şəhərimizi çox bəyəndiyi üçün yenidən buraya gəzməyə gəldiyini bildirib. Bakıda UEFA Avropa Liqasının final matçını izlədiyini qeyd edən futbolçu qarşılaşmanın yüksək səviyyədə təşkil olunduğunu, maraqlı oyun izlədiyini deyib.

A.Rəhimov futbolun təbliğində xidmətlərinə və Azərbaycan ilə Portuqaliya arasında dostluğun möhkəmlənməsinə verdiyi töhfəyə görə R.Quarejmaya diplom təqdim edib.

Görüşdən sonra tanınmış futbolçu azarkeşlərlə xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, R.Quarejma 2009-2010-cu il mövsümündə İtaliyanın "İnter" klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olub. O, 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu adını qazanıb. Futbolçu “Beşiktaş”ın heyətində isə iki dəfə Türkiyə çempionatının qalibi olub.


Facebook-da paylaş

Xəbəri paylaş