Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FHN-in əməkdaşı ağırlıqqaldırma üzrə dünya və Avropa rekordunu yeniləyib



Rusiyanın Sankt-Peterburq şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) BrendSport.az-a bildiriblər ki, çempionatda Azərbaycan yığması da iştirak edib.

Yarışda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin giziri dördqat dünya, üçqat Avropa çempionu, Azərbaycan, Avropa və dünya rekordçusu Rövşən Xəlilov (75 kq) üç hərəkətin cəmində 650, iki hərəkətin toplamında isə 432 kiloqram nəticə ilə iki qızıl medal qazanıb. O, sinədən qaldırma hərəkətində dünya, yerdən qaldırma hərəkətində isə Avropa rekordlarını yeniləyib.

FHN-in idmançı əməkdaşları daha bir uğuru ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan səmti müəyyənetmə idman növü üzrə VI beynəlxalq kuboku yarışında qazanıblar. Bu yarışda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva yarışların gümüş medalına sahib olub.

İdmançılarla görüşən FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib və növbəti yarışlarda uğurlar arzulayıb.


Facebook-da paylaş

Xəbəri paylaş