Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib

Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
Dünya Güləş Birliyi (UWW) Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatının yekunlarına əsasən yeni reytinq siyahısını açıqlayıb.

BrendSport.az Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, sərbəst güləşçilərin siyahısında müxtəlif çəki dərəcələri üzrə ilk “20-lik”də 11 güləşçimiz yer alıb. Səkkiz illik fasilədən sonra üçüncü dəfə Avropa çempionu olan Cəbrayıl Həsənov (79 kq) xal ehtiyatını 60-a çatdırıb. O, eyni xala malik amerikalı dünya çempionu Kayl Daykla 1-2-ci yerləri bölüşür.
Qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan daha iki sərbəst güləşçimiz - Hacı Əliyev (65 kq) və Şərif Şərifov (92 kq) da reytinqdə irəliləyiblər. H.Əliyev 22 xalla səkkizinci, Ş.Şərifov isə 20 xalla on birinci pillədə qərarlaşıb.
Daha iki güləşçimiz 57 kiloqram çəki dərəcəsində ilk “20-lik”də yer alıb. Ötən il Kaspiyskdə Avropa çempionu olan Georgi Edişeraşvili 18 xalla ilk “10-luğ” tamamlayır. Ondan 2 xal geri qalan sonuncu Avropa çempionatının bürünc medalçısı Mahir Əmiraslanov isə 15-ci yerə yüksəlib. Buxarestdən gümüş medalla qayıdan Ağahüseyn Mustafayev (70 kq) 18 xalla 11-ci pilləyə irəliləyib. Bundan başqa, 74 kiloqram çəki dərəcəsində çıxış edən iki güləşçimiz ilk “20-lik”dədir. Abubakr Abakarov ilə Hacımurad Hacıyev 16 xalla 13-14-cü yerləri bölüşür. Murad Süleymanov (86 kq) 16 xalla 16-cıdır. Millimizin daha iki üzvü 97 kiloqram çəki dərəcəsində ilk “20-lik”də yer alıb. Arslanbek Alborov 18 xalla 12-ci, ondan 2 xal geri qalan Nurməhəmməd Hacıyev isə 17-ci pillədə qərarlaşıblar.
Yunan-Roma güləşi üzrə reytinq siyahısında 6 güləşçimizin adı ilk “20-lik”dədir. Avropa üçüncüsü olan Eldəniz Əzizli (55 kq) 76 xalla vahid liderliyə yüksəlib. Buxarestdə bürünc medal qazanan Taleh Məmmədov (63 kq) 28 xalla ilk “beşliy”i tamamlayır. Zədə üzündən qitə birinciliyində iştirak etməyən Rəsul Çunayev (72 kq) 25 xalla səkkizincidir. Elvin Mürsəliyev (77 kq) 16 xalla 12-cidir. Avropa ikincisi olan İslam Abbasov (87 kq) 40 xalla dördüncü pilləyə yüksəlib. Orxan Nuriyev (97 kq) isə 16 xalla 16-cıdır.
Qadın güləşində isə yığmanın 7 üzvü ön sıralardadır. Komandanın lideri Mariya Stadnik (50 kq) 40 xalla üçüncü pillədə yer alıb. Anjela Doroqan (53 kq) 14 xalla 16-cı, Alyona Kolesnik (57 kq) 12 xalla 15-ci, Elmira Qəmbərova (59 kq) 16 xalla 12-ci, Tatyana Omelçenko (62 kq) 16 xalla 13-cü, Elis Manolova (65 kq) 20 xalla 9-cu pillədə qərarlaşıblar.
İrina Netrebanın adı isə həm 65, həm də 68 kiloqram çəki dərəcələrində ilk “20-lik”dədir. O, 65 kiloqram çəki dərəcəsində 25 xalla 6-cı, 68 kiloqram çəki dərəcəsində isə 14 xalla 18-ci sıradadır.


Facebook-da paylaş