Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



XIV Respublika Universiadasında voleybol yarışlarına yekun vurulub

XIV Respublika Universiadasında voleybol yarışlarına yekun vurulub
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında XIV Respublika Universiadası keçirilir.

BrendSport.az xəbər verir ki, Universiadanın təqvim planına idmanın 10 növü - şahmat, dama, stolüstü tennis, basketbol, badminton, sərbəst güləş, yunan-Roma güləşi, cüdo, atletika və voleybol daxil edilib.
Universiada çərçivəsində qızlar və oğlanlar arasında voleybol yarışları Azərbaycan Tibb Universitetinin idman zalında keçirilib.
Oğlanların yarışında 12 komanda birincilik uğrunda mübarizə aparıb. Azərbaycan Tibb Universitetinin komandası yarışın qalibi olub. Azərbaycan Dövlət İqtisad Universiteti yarışı ikinci, Azərbaycan Texniki Universiteti isə üçüncü pillədə başa vurublar. Qızların mübarizəsində isə 11 komanda yarışıb. İlk üçlükdə Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Gəncə Dövlət Universiteti qərarlaşıblar.


Facebook-da paylaş

Xəbəri paylaş