Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Respublika Olimpiya Velosiped Məktəbinin trek velosipedi üzrə açıq birinciliyinin qalibləri müəyyənləşib

Respublika Olimpiya Velosiped Məktəbinin trek velosipedi üzrə açıq birinciliyinin qalibləri müəyyənləşib
Respublika Olimpiya Velosiped Məktəbinin trek velosipedi üzrə açıq birinciliyi keçirilib. Respublika Velotrekində təşkil edilən yarışda klub və cəmiyyətlərin 6 yaş qrupunda 65 idmançısı mübarizə aparıb.

BrendSport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 2005-2006-cı il təvəllüdlü qızların 330 metr məsafəyə mübarizəsində Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Radxa Şabanova birinci yeri tutub. Onun komanda yoldaşı Fatimə Əfqanzadə ikinci, 7 nömrəli Olimpiya Məktəbinin təmsilçisi Mədinə Atabalayeva isə üçüncü olub.
Bu yaş kateqoriyasında çıxış edən oğlanlar da 330 metr məsafəyə yarışıblar və fəxri kürsüyə Respublika Olimpiya Velosiped Məktəbinin yetirmələri qalxıblar. Mirsaleh İbadov, Əlihüseyn Musazadə və Hüseyn Nərimanov ilk üçlükdə yer alıblar.
2003-2004-cü il təvəllüdlü oğlan velosipedçilərin 500 metr məsafəyə mübarizəsində ilk üçlüyə Mehran Əhmədzadə, Rəşid Ələkbərov və Natiq Meydərov düşüblər. Adları çəkilən idmançıların hər üçü Respublika Olimpiya Velosiped Məktəbini təmsil edir. 2001-2003-cü il təvəllüdlü qızlar da 500 metr məsafəyə yürüşdə bacarıqlarını nümayiş etdiriblər və burada da təşkilatçı cəmiyyətin üzvləri mükafata layiq yerlər tutublar. Zəhra Əfqanzadə qızıl, Natəvan Vəliyeva gümüş, Aygün Mahmudlu isə bürünc medal qazanıblar.
Gənc oğlanların 1 kilometr məsafəyə mübarizəsində Dövlət Təhlükəsizliyi Xidməti Velosiped klubunun üzvü Əli Qurbanov ən yüksək nəticə göstərib. İkinci yerə Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndəsi Yelmar Şahmarzadə, üçüncü pilləyə isə 7 nömrəli Olimpiya Məktəbinin velosipedçisi Əmral Əbdüləzizili layiq görülüb.
U-23 yaş kateqoriyasında Respublika Olimpiya Velosiped Məktəbindən Ənvər Xamiyev birinci, Ayxan Mahmudov isə ikinci olublar.
Fərqlənən idmançılar medal, diplom və hədiyyələrlə təltif ediliblər.


Facebook-da paylaş

Xəbəri paylaş