Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



İlham Zəkiyev paralimpiyaçı cüdoçulardan ibarət yığmamızın üzvləri ilə görüşüb

İlham Zəkiyev paralimpiyaçı cüdoçulardan ibarət yığmamızın üzvləri ilə görüşüb
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) vitse-prezidenti, İntizam Komissiyasının sədri İlham Zəkiyev paralimpiyaçı cüdoçulardan ibarət yığmamızın üzvləri ilə görüşüb.

AMPK-dan BrendSport.az-a bildiriblər ki, görüş zamanı mayda Bakıda keçiriləcək beynəlxalq Qran-Pri yarışına hazırlıq məsələləri müzakirə olunub. İdmançıların yarışlara fiziki və psixoloji hazırlıq səviyyəsi haqqında söz açılıb.
Kişilərdən ibarət yığma komandamızın baş məşqçisi İbrahim İbrahimov idmançıların hazırlığı haqqında danışıb. Bildirib ki, aprelin 14-dən yığmamız Göygöldə təlim-məşq toplanışına yola düşəcək.
Qadınlardan ibarət millimizin baş məşqçisi Ramin İbrahimov bildirib ki, cüdo yığmamızın yarışlara yüksək səviyyədə qatılması üçün AMPK tərəfindən hər cür şərait yaradılıb. İdmançılarımız mütəmadi olaraq təlim-məşq toplanışlarında iştirak edirlər. Lazımi maddi-texniki baza yaradılıb. Odur ki, idmançıların qarşısında dayanan əsas vəzifə yarışda yüksək səviyyədə iştirak edərək medal qazanmaqdır.
Qeyd olunub ki, “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xallarının qazanılması üçün Bakı Qran-Prisində qələbə çox önəmlidir.
Daha sonra İ.Zəkiyev idmançılara məşqlərdə və gələcək yarışlarda uğurlar arzulayıb.


Facebook-da paylaş