Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Hacı Əliyev üçüncü dəfə Avropa çempionu olub

Hacı Əliyev üçüncü dəfə Avropa çempionu olub
Azərbaycanın daha bir sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.[/b]

[b]BrendSport.az
xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat dünya, ikiqat Avropa çempionu Hacı Əliyev həlledici görüşdə Türkiyə təmsilçisi Selahəttin Kılıçsallayanı 7:0 hesabı ilə məğlub edərək karyerasında üçüncü dəfə Avropa çempionu adına sahib olub.
İlk görüşdə Belarus, daha sonra Ermənistan idmançılarına qalib gələn Hacı Əliyev dörddəbir finalda Rusiya güləşçisini mübarizədən kənarlaşdıraraq adını yarımfinala yazdırıb. Bu mərhələdə Moldova nümayəndəsinə heç bir şans verməyən millimizin lideri ardıcıl ikinci, ümumilikdə isə üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici qarşılaşmada təcrübəsindən, taktika və texnikasından maksimum yararlanan Hacı Əliyev türkiyəli həmkarına göz açmağa imkan verməyib və titulunu qoruyub.
Xatırladaq ki, çempionatda 79 kiloqram çəki dərəcəsində Cəbrayıl Həsənov qızıl medala sahib olub.


Facebook-da paylaş

Xəbəri paylaş