Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Formula 1 Azərbaycan Qran-Prisində pilotları müşayiət edəcək uşaqlar üçün təlim keçirilib

Formula 1 Azərbaycan Qran-Prisində pilotları müşayiət edəcək uşaqlar üçün təlim keçirilib
Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) builki Azərbaycan Qran-Prisində pilotları müşayiət edəcək uşaqlar - “Gələcəyin ulduzları” layihəsinin iştirakçıları üçün təlim keçirib.

BŞH-dən BrendSport.az-a bildiriblər ki, tədbirdə AAF-ın ümumtəhsil məktəblərində mütəmadi olaraq keçirdiyi layihələr barədə, yol təhlükəsizliyi qaydaları haqqında məlumat verilib. Eyni zamanda Formula 1 dünya çempionatı və bu yarışda mübarizə aparan pilotlardan, ən yüksək sürətli şəhər treki olaraq BŞH-nin digər fərqləndirici xüsusiyyətlərindən də söhbət açılıb.
Daha sonra Azərbaycan Qran-Prisinin açılışı çərçivəsində keçiriləcək yarış kubokunun təqdimatında və himn mərasimində pilotları müşayiət edəcək azyaşlılar bu tədbirlərdəki rolları, həmçinin pilotlar barədə məlumatlandırılıb.
Mərasimdən sonra pilotları müşayiət edən uşaqlar valideynləri ilə birlikdə tribunada yarışı izləməyə dəvət ediləcək və onların bulvar boyunca uzanan əyləncə zonasında əylənmək imkanları olacaq.
Xatırladaq ki, Formula 1 şirkəti və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində 2018-ci ildən etibarən himn mərasimində pilotları azyaşlılar müşayiət edir. Bu təşəbbüsdə əsas məqsəd yarışdan əvvəl keçirilən açılış mərasimini Formula 1 azarkeşləri, xüsusən də azyaşlılar üçün daha maraqlı etmək və onlar arasında avtomobil idmanına maraq yaratmaqdır. Sözügedən təşəbbüsü ölkəmizdə AAF ilə BŞH birgə həyata keçirir və bu təşəbbüs azyaşlılara yarışın müstəsna və ən həyəcanlı məqamının bir hissəsi olmaq imkanı yaradır.
“Gələcəyin ulduzları” AAF tərəfindən idman yarışlarında və təhsildə fərqlənən, həmçinin xüsusi istedada malik 7-10 yaşlılar arasından seçilir. Builki yarışda 10-u qız və 10-u oğlan olmaqla ümumilikdə 20 azyaşlının iştirakı nəzərdə tutulur.


Facebook-da paylaş