Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Shamkir Chess 2019”: Maqnus Karlsen turnir cədvəlində liderliyə yüksəlib



Aprelin 2-də Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirində üçüncü turun partiyaları oynanılıb.

BrendSport.az xəbər verir ki, üçüncü turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov qara fiqurlarla hindistanlı Vişvanatan Anand, Teymur Rəcəbov isə ağ fiqurlarla Çin təmsilçisi Dinq Liren ilə qarşılaşıblar. Şəhriyar Məmmədyarov Vişvanatan Ananda məğlub olub - 0:1. Teymur Rəcəbov isə Dinq Liren ilə heç-heçə edib. Dünya çempionu Maqnus Karlsen Çexiya təmsilçisi David Navaranı məğlub edərək turnirin vahid lideri olub. Rusiyalı Sergey Karyakin bolqarıstanlı Veselin Topalov, onun həmyerlisi Aleksandr Qrişuk isə hollandiyalı Aniş Giri ilə “sülh bağlayıblar”.

Üçüncü turda Sergey Karyakinin heç-heçə etməsindən sonra aktivində 2,5 xal olan Maqnus Karlsen turnir cədvəlinin vahid liderinə çevrilib. Dinq Liren, Sergey Karyakin 2 xalla ikinci-üçüncü, Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov isə 1,5 xalla dördüncü–altıncı yerləri bölüşürlər. Aleksandr Qrişuk, Aniş Giri, Şəhriyar Məmmədyarov və David Navaranın hər birinin aktivində 1 xal var.

Turnirə aprelin 9-da yekun vurulacaq.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.


Facebook-da paylaş