Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



VI Vüqar Həşimov Memorialı: ilk turun partiyaları heç-heçə ilə yekunlaşıb



Martın 31-də Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2019” superturnirinin birinci turuna yekun vurulub.

BrendSport.az xəbər verir ki, ilk turun partiyaları heç-heçə ilə yekunlaşıb.

Altıncı dəfə təşkil olunana turnirin birinci turunda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu norveçli Maqnus Karlsenlə, Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişukla xalı yarı bölüb.

Aniş Giri (Hollandiya) bolqarıstanlı Veselin Topalovla, rusiyalı Sergey Karyakin çinli Dinq Lirenlə, Vişvanatan Anand (Hindistan) isə Çexiya təmsilçisi David Navara ilə sülh bağlayıb. İlk turdan sonra bütün şahmatçıların hesabında 0,5 xal var.

Qeyd edək ki, SOCAR, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən XXII kateqoriyalı Vüqar Həşimov Memorialında bu dəfə də FIDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparır. Superturnirin reytinq favoriti Norveç təmsilçisi Maqnus Karlsendir. Hazırkı dünya çempionu Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 2845 xalla 1-ci pillədə qərarlaşıb.

İsveçrə sistemi üzrə 9 turdan ibarət “Shamkir Chess 2019”a aprelin 9-da yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş