Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Halldorsson Antalyada kənd fermasını düşünür



"Qarabağ"ın qapıçısı Hannes Halldorsson "Pyast"la yoxlama görüşündən sonra Polşa mətbuatına açıqlama verib. İslandiya millisinin üzvü maraqlı fikirlər səsləndirib.

Təcrübəli qolkiper ilk olaraq ötənilki dünya çempionatının Argentina ilə qrup matçında rəqibin kapitanı Lionel Messinin penalti zərbəsini dəf etməsinə aydınlıq gətirib. O, Messi haqda hər şeyi bilməsinin işinə yaradığını söyləyib: "Messinin penaltini necə vuracağını bilirdim. Həmçinin zərbədən əvvəl onu ritmdən çıxarmaq, fikrini yayındırmaq üçün qışqırdım. İslandlar deyirlər ki, müdafiə olunmağı bacardıq".

Hazırda "Qarabağ"ın heyətində Antalyada təlim-məşq toplanışında olan Halldorsson boş vaxtlarında nə etdiyini də açıqlayıb. 35 yaşlı qolkiper film yazmaqla məşğuldu: "Boş vaxt tapan kimi, otağa gedib, qapını bağlayıram və bir filmin ssenarisini yazıram. Bu, qeyri-adi triller olacaq. Hadisə İslandiya kəndlərinin birində yerləşən fermada baş verir. Ümid edirəm ki, bir neçə ildən sonra Polşadakı bir festivalda bunu izləyərsiniz" (matç.az).

Qeyd edək ki, Hannes Halldorsson "Qarabağ"a ötən yay Danimarka klubu "Randers"dən keçib.


Facebook-da paylaş

Xəbəri paylaş