Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"la yeni uğurlar qazanmağa gəlmişəm - Reynaldo



“Qarabağ”ın yeni transferi Reynaldo keçidiylə bağlı klubun saytına açıqlama verib.

BrendSport.az xəbər verir ki, braziliyalı forvard “Qarabağ”a qayıtdığı üçün xoşbəxt olduğunu deyib:

"Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbrsizliklə "Qarabağ" formasıyla yenidən meydana çıxmağımı gözləyirəm. Bunun üçün də yaxşı formada olmağım üçün əlimdən gələni edəcəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, "Qarabağ" camiəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və "Qarabağ"la yeni uğurlar qazanmağa gəlmişəm".

2013-2016-cı illərdə Ağdam klubunda çıxış edən Reynaldo 89 oyunda 47 qol vurub. 29 yaşlı forvardla 2,5 illik müqavilə imzalanıb.


Facebook-da paylaş

Xəbəri paylaş