Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Nazirlik, komitə və agentliklərin əməkdaşları arasında keçirilən stolüstü tennis turnirinə yekun vurulub



Dekabrın 8-də Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində nazirlik, komitə və agentliklərin əməkdaşları arasında stolüstü tennis turniri təşkil edilib.

BrendSport.az xəbər verir ki, şəxsi xarakter daşıyan yarışda 93 kişi və 7 qadın tennisçi qüvvəsini sınayıb.

Federasiyanın vitse-prezidenti Fazil Məmmədov yarışın açılış mərasimində çıxış edərək turnirin təşkilində əsas məqsədin stolüstü tennisin təbliği, əməkdaşların sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili olduğunu deyib. Federasiya rəhbərliyinin ölkəmizdə stolüstü tennisin inkişafı üçün maddi-texniki bazanın gücləndirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayan F.Məmmədov bu istiqamətdə görülən işlərdən danışıb. Stolüstü tennisçilərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışan F.Məmmədov deyib: “Bu ilin ən böyük uğuru gənclər arasında Avropa çempionatında qızlardan ibarət yığmamızın komanda hesabında qızıl medal qazanması olub. Eyni zamanda, Ninq Cinq şəxsi yarışda birinci yeri tutub. Bu, Azərbaycanın stolüstü tennis tarixində ən böyük qələbədir”.

Sonra yarışlara start verilib.

Turnirdə qadınların yarışında Firəngiz İbadova (İqtisadiyyat Nazirliyi), Günel Xanlarova (Dövlət Gömrük Komitəsi), Aysel Ağayeva (Təhsil Nazirliyi) və Səmiyyə Babazadə (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) müvafiq olaraq fəxri kürsüdə yer alıblar. Kişilərin mübarizəsində isə Vüqar İbrahimov, Tofiq Rzayev, Əmrah Cavadov (Fövqəladə Hallar Nazirliyi) və Elşən Pənahov (Vergilər Nazirliyi) qalib adını qazanıblar.

Qaliblər federasiyanın diplom və mükafatları ilə təltif olunublar.


Facebook-da paylaş