Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




“Fənərbaxça”dan doğma meydanda xal itkisi



Türkiyə Super Liqasında 14-cü tura yekun vurulub.

BrendSport.az xəbər verir ki, turun oyunları 4 günü əhatə edib.

İlk oyun günündə 2 qarşılaşma keçirilib. “Konyaspor” “Alanyaspor”u, “Rizəspor” isə “Ankaragücü”nü qəbul edib. Konyada meydan sahibləri qalib gəliblərsə, Rizədə heç-heçə qeydə alınıb.

Şənbə günü daha üç oyun baş tutub. Lider "Başakşəhər" doğma meydanda "Sivasspor"a uduzub. "Antalyaspor" "Göztəpə"ni minimal hesabla məğlub edib. "Trabzonspor" isə səfərdə "Kayserispor" üzərində inamlı qələbəyə sevinib.

Turun mərkəzi qarşılaşması İstanbulda olub. “Beşiktaş” “Qalatasaray”la üz-üzə gəlib. Meydan sahibləri son çempionla görüşdə minimal hesabla üstün olublar.

Son oyun günündə iki görüş baş tutub. Uğursuz mövsüm keçirən “Fənərbaxça” doğma meydanda “Kasımpaşa” ilə qarşılaşıb və növbəti xal itkisi ilə üzləşib. Elə günün digər matçında – “Yeni Malatyaspor” - “Akhisarspor” görüşündə də qalib müəyyənləşməyib.

Türkiyə Super Liqası, 14-cü tur

30 noyabr

Konyaspor - Alanyaspor 2:0

Qol: Yahoviç, 52-pen. Yonsson, 67.

Rizəspor - Ankaragücü 1:1

Qol: A.Umar, 66 - El Kabir, 20.

1 dekabr

Antalyaspor - Göztəpə 1:0

Qol: S.Özkan, 20.

Başakşəhər - Sivasspor 0:1

Qol: M.Dəmir, 35.

Kayserispor - Trabzonspor 0:2

Qol: Ekuban, 82. V.Amiri, 90.

2 dekabr

Bursaspor - Əruzurumspor 2:1

Qol: C.U.Meras, 36. Latovlleviçi, 60 - Şedyu, 45.

Beşiktaş - Qalatasaray 1:0

Qol: Lyayiç, 18-pen.

3 dekabr

Fənərbaxça - Kasımpaşa 2:2

Qol: Noyştadter, 44. Ö.Cek, 45-öz qapısına - Diane, 22; 54.

Yeni Malatyaspor - Akhisarspor 1:1

Qol: Aleksiç, 41 - Bokila, 80.



Bombardir: Mbaye Diane (Kasımpaşa) - 14 qol.


Facebook-da paylaş