Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Elnur Süleymanov: Ən böyük arzum Olimpiya Oyunlarında iştirak edib, uğur qazanmaqdır



Kişi boksçular arasında ölkə çempionatında qarşılaşmalar maraqlı mübarizə şəraitində keçdi. Azərbaycanın ən güclü boksçuları sırasında yer aldığıma görə çox sevinirəm. Bu titulu qorumaq çox vacibdir. Əsas məqsəd ümidləri doğrultmaqdır. Bunun üçün üzərimdə daha çox işləməliyəm.

BrendSport.az xeber verir ki, Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində 69 kiloqram çəki dərəcəsində boks üzrə ölkə çempionatının qalibi Elnur Süleymanov deyib. Döyüşdə fiziki cəhətdən güclü olmaqla yanaşı texnika və taktikanın da mühüm rol oynadığını bildirən idmançı bu amilə xüsusi diqqət yetirdiyini bildirib. “Yarımfinalda Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorenzo Sotomayorla qarşılaşmam mənim üçün mühüm əhəmiyyət kəsb edirdi. Qalib gələcəyimə inanırdım. Yarışlara ciddi hazırlaşmışdım. Ən böyük arzum Olimpiya Oyunlarında iştirak edib, uğur qazanmaqdır”, - deyə boksçu əlavə edib.

Qeyd edək ki, Elnur Süleymanov çempionatın ən texnikalı boksçusu seçilib.


Facebook-da paylaş

Xəbəri paylaş