Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Gənclərin radikal meyillərdən qorunması”



30 noyabr 2018-ci il tarixdə Bərdə rayon İcra Hakimiyyətinin,Gənclər və İdman idarəsinin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə X.İsmayılov adına Zümürxan kənd tam orta məktəbində “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə məktəbin gənc müəllimləri və yuxarı sinif şagirdləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Asif Abbasov mövzu ilə bağlı geniş və ətraflı məlumat verərək,bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizm təhlükəsindən qorunması baxımından əhəmiyyətli rolundan danışdı.
Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Aydın Qasımov çıxış edərək edərək radikalizmin yaranmasından,ona dəstək verən, respublikamızın inkişafına mane olmaq istəyən qüvvələrdən,dünyada və ölkəmizdə radikalizmlə aparılan mübarizədən danışdı. O,qeyd etdi ki,müəyyən siyasi qüvvələrin dəstəyi ilə müxtəlif formada fəaliyyətdə olan radikalizmlə mübarizəni,hamımız,xüsusən də gənclər,Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək,yüksək vətənpərvərlik və vətəndaşlıq həmrəyliyi nümayiş etdirərək aparmalıyıq.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Sərdar Məmmədov “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda çıxış edərək Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğuladı.
Məktəbinin direktoru Bəkurə Ağayeva dini radikalizmin fəsadları barədə çıxış edərək, uşaqların bu təhlükədən uzaq qalması üçün müəllimlərin və valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi.
Rəsmi hissədən sonra “Şəhadət” sənədli filmi nümayiş etdirildi və filmlə bağlı müzakirələr aparıldı.

Sonda şagirdlərin mövzuya dair sualları cavablandırıldı.



Facebook-da paylaş

Xəbəri paylaş