Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Premyer Liqasında futbolçuların orta illik məvacibi açıqlandı

Azərbaycan Premyer Liqasında futbolçuların orta illik məvacibi açıqlandı

Azərbaycan Premyer Liqasında futbolçuların orta illik məvacibinin məbləği açıqlanıb.

BrendSport.az xəbər verir ki, “Sporting İntelligence”nin hesablamalarına görə, Premyer Liqa klubları 2018-ci ildə oyunçulara orta hesabla 52 min 638 avro ödəyiblər. Azərbaycan bu göstərici ilə siyahıda 40-cı pillədə qərarlaşıb. Azərbaycan Premyer Liqası bu göstəriciyə görə Cənubi Afrika Respublikası (54 min 137 avro) ilə Bolqarıstanın (46 min 58 avro) arasında yer alıb.

Azərbaycan postsovet məkanında 4-cü sıradadır. Karyerasını Azərbaycanda davam etdirən futbolçuların məvacibləri Rusiya, Ukrayna (191 min 238 avro) və Qazaxıstandan (146 min 520 avro) geri qalır.

Dünyanın 68 ölkə çempionatının qeyd olunduğu siyahıda ilk yerdə İngiltərə Premyer Liqasıdır. İngiltərə çempionatında orta illik məvacib 3,47 milyon avro təşkil edir. İspaniya La Liqası 2,55 milyon avro ilə ikinci, İtaliya A seriyası isə 1,76 milyon avro ilə üçüncü sıradadır.


Facebook-da paylaş

Xəbəri paylaş