Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənc taekvondoçular bir araya gəldi



Şamaxı Olimpiya İdman Kompleksində Sumqayıtın "Olimpiya" klubu, Şamaxı Olimpiya İdman Kompleksinin və Şamaxı rayon Sabir qəsəbəsinin taekvondo komandalarının iştirakı ilə yoldaşlıq görüşü keçirilib.

Döyüşlər 2007-2008-2009-2010-2011-ci təvəllüdlü taekvondoçular arasında baş tutub. Turnirdə 40-a yaxın idmançı öz qüvvələrini sınayıb. Yekunda Şamaxı Olimpiya İdman Kompleksinin idmançıları I yer, Sumqayıtın "Olimpiya" klubu II və Sabir qəsəbəsinin idmançıları III yerə layiq tutublar.

"Olimpiya" klubunun baş məqçisi Murad Əlimuradov:

- Taekvondoçularımız bu səfərdə özlərini yaxşı tərəfdən göstərdi. İdmançılar arasında yaxşı döyüşlər baş tutdu. Bəzi çəkilərdə üstün olsaq da, bəzilərində hələ də çatışmazlıqlarımız var. Şamaxı Olimpiya İdman Mərkəzində yarışlar üçün yaxşı şərait yaradılıb. Biz də idmançılar da belə imkanlardan maksimum yararlanmağa çalışırıq. Deyərdim ki, bu kompleksini qabaqcıl idman qurğularından adlandırmaq olar.

Alxas Məmmədov





Facebook-da paylaş

Xəbəri paylaş