Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Orta məktəbdə voleybol turniri keçirilib



Xətai rayon 264 № li tam orta məktəbdə məktəblilərin respublika çempionatının proqramına daxil olan Voleybol (qızlar) idman növü üzrə çempionatın Xətai rayon turu keçirilib.

Turnirdə 37 rayon orta ümumtəhsil müəssisəsi iştirak edib. Turnirin nəticələrinə görə 269 № li tam orta məktəbin komandası I yeri, 138 № li tam orta məktəbin komandası II yeri, 59 № li tam orta məktəbin komandası III yeri tutub.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiy Komitəsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Məktəb İdman Federasiyasının birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq keçirilən yarışda respublika çempionu olan komanda Xorvatiyanın Poreç şəhərində keçiriləcək dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanacaq.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi





Facebook-da paylaş

Xəbəri paylaş