Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilib



17-22 oktyabr 2018-ci il tarixlərində Məktəb - Lisey Kompleksin mini-futbol meydançasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2006-2007-ci illər təvəllüdlü uşaqlar arasında Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilib.

Yarışlarda 24 komanda tərkibində 240 nəfər həvəskar futbolçu iştirak etmişdir. Yarışmada I yeri Gənclik komandası, II yeri Araz komandası, III yeri Ulduz komandası tutmuşdur.

Turnirin bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları - baş məsləhətçisi Salman Əbdülov, Nərimanov Rayon Ağsaqqallar Şurasının üzvü Həmid Cəfərov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər çıxış edərək futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirmiş, qalib gəlmiş komandaları təbrik etmişlər.

Tədbirin sonunda qalib komandaların üzvləri təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi





Facebook-da paylaş

Xəbəri paylaş