Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Olimpiadadan daha bir medal

Olimpiadadan daha bir medal

Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarında güləşçimiz Şahanə Nəzərova (43 kq) mübarizəyə start verib.

B qrupunda yer alan Şahanə Olimpiadaya uğurlu start verib. Nəzərova ilk görüşdə braziliyalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Nigeriyalı güləşçi də təmsilçimizə müqavimət göstərə bilməyib. Ancaq 3-cü görüşdə Şahanə son dünya çempionatının finalında uduzduğu amerikalı güləşçiylə bacarmayıb. Ruhdan düşməyən Nəzərova qrupdakı son qarşılaşmasında fransalı rəqibinə qalib gələrək B qrupunu 2-ci yerdə tamamlayıb. Nəticədə həmyerlimiz bürünc medal uğrunda A qrupunda 2-ci pillədə qərarlaşan Monqolustan təmsilçisi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə minimal hesabla rəqibinə qalib gələn Şahanə Olimpiadanın bürünc medalını qazanıb.

B qrupu

Şahanə Nəzərova - Elena Heloisa Martines (BRA) 11:0
Şahanə Nəzəova - Tolulop Kristina Oqunsanya (NGR) 6:0
Şahanə Nəzərova - Emili Şilson (USA) 2:12
Şahanə Nəzərova - Justin Fanni Viquro (FRA) 3:0
Bürünc medal görüşü - Şahanə Nəzərova - Enxzul Batbaatar (MGL) 7:6


Facebook-da paylaş

Xəbəri paylaş