Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Vida oyununda qapıçıdan möhtəşəm performans - VİDEO



"Borussiya"nın təcrübəli qapıçısı Roman Vaydenfeller futbolçu karyerasını bitirdi. 38 yaşlı qolkiper bu münasibətlə "Siqnal İduna Park"da yubiley matçı təşkil olunub.

70 mindən çox azarkeşin izlədiyi oyunda "Borussiyanın ulduzları" ilə "Roman Vaydenfellerin dostları" üz-üzə gəlib.

Neven Subotiç, Torsten Frinqs, Yan Koller, Aleksandr Frey, Yens Lemann, Marsio Amorozo kimi futbolçulardan təşkil olunan "Borussiyan ulduzları"nı meydana baş məşqçi kimi Yurgen Klopp çıxarıb.

Per Mertesaker, Kristof Kramer, Linkoln, Lukas Podolski, Mixayel Ballak, Kristof Metzelder kimi məşhur adların yer aldığı "Vaydenfellerin dostları" komandasına isə baş məşqçi kimi Peter Stöger başçılıq edib.

"Borussiyanın ulduzları"nın 4:1 qalib gəldiyi matçda Vaydenfellerin performansı diqqət çəkib. Təcrübəli əlcək sahibi iki penalti zərbəsini qurtarmaqla yanaşı iki dəfə də fərqlənib. O qollardan birini məhz penaltidən vurub.

2002-ci ildə "Kayzerslautern"dən "Borussiya"ya transfer olunan Vaydenfeller 16 il formasını geydiyi komandada iki dəfə Bundesliqa empionu olub, Almaniya Kuboku və Superkubokunu qazanıb.



Facebook-da paylaş

Xəbəri paylaş