Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Güləşçilərimiz İranda ikinci oldu



İranın Sircan şəhərində yeniyetmə yunan-Roma güləşçiləri arasında “Yadigar İmam Cup” beynəlxalq turniri başa çatıb.

Komanda yarışında yeniyetmələrdən ibarət yığmamızın məşqçiləri Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında Ziya Babaşov (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 51 kq), Nihad Məmmədli (55 kq), Həsrət Cəfərov, Əli Alıyev (hər ikisi 60 kq), Xasay Həsənli (65 kq), Allahverdi Əliyev (71 kq), Qabil Əhmədov (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanovdan (110 kq) ibarət kollektiv ölkəmizi təmsil edib.

Qrupda keçirdiyi bütün görüşləri qələbəylə başa vuran millimiz finalda İrana uduzub və gümüş medalla kifayətlənib.

Xatırladaq ki, sərbəst güləşçilər bir neçə gün əvvəl analoji yarışda bürünc medal qazanmışdı.


Facebook-da paylaş

Xəbəri paylaş