Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Beşiktaş"dan Baya dəstək



"Şanxay Şenhua"da forma geyən "Beşiktaş"ın sabiq futbolçusu Demba Ba irqçi sözlərə məruz qalıb.

"Çanqçun Yatay"la matçda seneqallı futbolçu ona qarşı irçiliyə sərt reaksiaya verib. Rəqib komandanın üzvü Zanq Linin ona irqçi sözlər dediyini iddia edən Banın reaksiyasının ardından sosial şəbəkələrdə də yayılan olayla bağlı insanlar tənqidi fikirlərini səsləndiriblər.

Demba Ba da şəxsi "tvitter" səhifəsindən açıqlama verərək xoşagəlməz hadisə ilə bağlı tədbir görülməsi üçün çağırış edib. Elə "Beşiktaş" da olaya reaksiya verib. "Qara-ağlar" sabiq futbolçusunun mesajına "İrqçiliyə yox" və "Demba Ba sən tək deyilsən" yazaraq ona dəstək olduğunu bildirib.


Facebook-da paylaş

Xəbəri paylaş