Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Həvəskarlar arasında mini-futbol turniri



Şamaxı rayonunda Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə mini-futbol idman növü üzrə idarə, müəssisə və təşkilatlar arasında rayon çempionatına start verilib.

Belə ki, 22-30 iyun 2018-ci il tarixlərində keçiriləcək bu yarışda Şamaxı rayon Polis Şöbəsinin, Şamaı rayon Prokurorluğunun, 4 saylı Ərazi Vergilər İdarəsinin, "N" saylı hərbi hissənin, Şamaxı Qaz İstismar Sahəsinin, Şamaxı Diaqnostika Mərkəzinin, Şamaxı Telekommunikasiya Qovşağının və Mərkəzi Univermağın həvəskar işçi heyəti iştirak edəcək.

Yarışda qalib gələcək komandalar rayon Gənclər və İdman İdarəsinin və Şamaxı rayon Poliş Şöbəsinin müvafiq diplom və kuboku ilə təltif ediləcəklər.

Alxas Məmmədov





Facebook-da paylaş

Xəbəri paylaş