Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Braziliya yığmasının hər bir üzvünə 1 milyon dollar

Braziliya yığmasının hər bir üzvünə 1 milyon dollar

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının qalibi olacağı təqdirdə Braziliya milli komandasının hər bir üzvü 1 milyon dollar mükafat alacaq.

"Folha de S.Paulo" qəzetinin verdiyi məlumata görə, mükafatı Braziliya Futbol Konfederasiyası (CBF) təyin edib. Rekord məbləğə oyunçularla yanaşı, yığmanın məşqçilər heyəti də yiyələnəcək.

Braziliya millisinin futbolçuları 2002-ci il dünya çempionatını qızıl medalla başa vurduqları üçün 200 min dollar, 1994-cü il mundialının qalibi olmaları qarşılığında 80 min dollar qazanıblar. CBF Braziliyada keçirilmiş DÇ-2014 üçün 35 milyon dollar ayırıb. Lakin "pentakampeonlar" yarımfinalda Almaniyaya 1:7, 3-cü yer uğrunda görüşdə isə Hollandiyaya 0:3 hesabı ilə uduzaraq, medalsız qalıblar.

Qeyd edək ki, qarşıdakı dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Braziliya millisi İsveçrə (17 iyun, Rostov), Kosta-Rika (22 iyun, Sankt-Peterburq) və Serbiya (27 iyun, Moskva, "Spartak" stadionu) ilə birgə E qrupunda mübarizə aparacaq.


Facebook-da paylaş

Xəbəri paylaş