Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ağsuda Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş idman tədbirləri



Ağsu rayon Təhsil Şöbəsi və Ağsu rayon UGİŞM-nin birgə təşkilatilatçılığı ilə 25-26 may 2018-ci il tarixlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyinə həsr olunmuş silsilə idman tədbirləri həyata keçirilmişdir.

Ağsu rayon Gənclər və İdman İdarəsindən BrendSport.az saytına verilən məlumata görə, A.T.Nadirov adına Ağsu şəhər Təbiət Fənləri Təmayüllü Məktəb-liseydə ümumtəhsil tam orta məktəblərin oğlanlardan ibarət komandaları arasında voleybol, məktəblilər arasında şahmat və yeniyetmələr arasında taekvondo idman növləri üzrə rayon birincilikləri keçirildi.

Yarışlar hər idman növünə uyğun olaraq beynəlxalq qaydalara əsasən keçirildi. Keçirilən silsilə idman tədbirlərində ümumilikdə 156 nəfər idmançı iştirak etmişdir.

Ayrı-ayrı idman növləri üzrə qalib gələn komanda və idmançılar Ağsu rayon Gənclər və İdman idarəsinin diplomları ilə mükafatlandırıldılar.

Alxas Məmmədov

Ağsuda Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş idman tədbirləri



Facebook-da paylaş

Xəbəri paylaş