Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Masallı rayonunun açıq birinciliyi keçirilib



Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Regional Taekvondo Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin yaradəlmasının 100 illik yubileyinə həsr olunmuş taekvondo idman növü üzrə uşaq və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.

Masallıda rayon Gənclər və İdman İdarəsindən BrendSport.az saytına verilən məlumata görə, yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək idmançıları salamlamış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğısından danışmış və bildirmişdir ki, bu yarışın keçirilməsində əsas məqsəd rayonda taekvondo idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək, uşaq və yeniyetmələrin idmana olan marağını daha da artırmaqdır.

Tədbirdə yarışın baş hakimi Ədalət Ağayev çıxış edərək bu mötəbər yarışın təşkilində əziyyəti olan insanlar öz dərin minnətdarlıqlarını bildirib.

Sonra 11 çəki dərəcəsində 170-ə yaxın idmançının iştrakı ilə keçirilən yarışa start verilib. Olduqca gərgin mübarizə şəraitində keçən turnir iki gün davam edib.

Yekunda Masallı rayon komandası I yerə, Lənkəran rayon komandası II yerə və Bakı şəhərinin komandası isə III yerə layiq görülmüşdür.

Qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışlar.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi




Facebook-da paylaş