Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA cəzalarını açıqladı

AFFA cəzalarını açıqladı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının XXVII turunda baş verənlər müzakirə olunub.

“Neftçi” ilə matçın 43-cü dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılan “Səbail”in baş məşqçisi Samir Əliyevin cəzası ağır olub. O, 5 oyunluq kənarlaşdırılıb və klubunu 4000 manat ziyana salıb.

“Zirə” – “Kəpəz” oyununda qırmızı vərəqə alanların cəzaları fərqli olub. Görüşün 9-cu dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan “Zirə”nin legioneri Milan Duriç 4 oyunluq cəzaya layiq görülüb. Onun komandası 3200 manat cərimə olunub.

Matçın 80-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Kəpəz”in futbolçusu Kamran Abdullazadə yalnız 1 oyunluq cəza alıb. Gəncə klubu 200 manat ödəməlidi.


Facebook-da paylaş

Xəbəri paylaş