Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çindən türk hakimə maraqlı təklif



Son vaxtlar futbola xeyli vəsait xərcləyən Çin məşqçi və futbolçulardan sonra hakim transferinə də başlayıb.

"CNN Türk" xəbər verir ki, Çin Futbol Federasiyası türkiyəli məşhur referi Cüneyt Çakıra cəlbedici təklif göndərib. 42 yaşlı hakim təklifi qəbul etsə, o, növbəti mövsüm Çin Super Liqasındakı oyunları idarə edəcək.

Hakim transferini ilk dəfə Səduiyyə Ərəbistan Futbol Federasiyası reallaşdırıb. Qurum ötən il məşhur ingiltərəli referi Mark Klattenburqla razılıq əldə edib.


Facebook-da paylaş

Xəbəri paylaş