Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Möhtəşəm "Uembli" satışa çıxarıldı



İngiltərə futbolunun tarixi stadionu "Uembli" ilə bağlı maraqlı iddia ortaya atılıb.

Bu haqda "The Sun" məlumat yayıb. Nəşrin yazdığına görə ingilis futbolunun ən önəmli məbəbdlərindən sayılan "Uembli" üçün İngiltərə Futbol Federasiyasının NFL və "Fulhem"in sahibi Şahid Xanla görüşdüyü və 1 milyard funt-sterlinq məbləğində bir anlaşmaya vardıqları bildirilib.

Anlaşmaya əsasən Xan ilk olaraq 600 milyon funt-sterlinq ödəyəcək. Məbləğin qalan hissəsi, yəni, 400 milyon funt-sterlinq isə oyun günləri əldə ediləcək gəlirlər vasitəsilə ödəniləcək. Xanın ən böyük planının NFL-in oyunlarını "Uembli"yə daşımaq olduğu bildirilib. İngiltərə Futbol Federasiyasının da stadionun "Fulhem"ə satılmasından sonra əldə ediləcək məbləği yeni mövsümdə, stadionlardakı işlərə, texnoloji çalışmalara və meydançalarla bağlı məsələlərə qaynaq kimi gördüyü söylənilib. Bununla yanaşı anlaşmaya əsasən NFL-də mövsüm başlayana qədər İngiltərə yığması bu ilin oktyabr və noyabr aylarında matçlarını yenə "Uembli"də oynayacaq. (Sport7)


Facebook-da paylaş

Xəbəri paylaş