Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




“Şahin” hərbi-idman oyunu birinciliyi keçirilib



Ağsu rayon Təhsil şöbəsinin və Ağsu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin birgə təşkilatçılığı ilə 13 mart 2018-ci il tarixdə Ağsu şəhər A.Nadirov adına 1 №-li məktəb-liseydə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirildi.

Ağsu rayon Gənclər və İdman İdarəsindən BrendSport.az saytına verilən məlumata görə, yarışın keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına kömək göstərməkdən və zona birinciliyində rayonumuzu təmsil edəcək komandanı müəyyən etməkdən ibarətdir. Yarışda 19 ümumtəhsil tam orta məktəb komandasından ümumilikdə 233 nəfər məktəbli iştirak edirdi. Birincilikdə I,II və III yerlərə layiq görülən komandalar Ağsu rayon Gənclər və İdman idarəsinin diplomları təqdim olundu.

Yarışda I yerə S.Umbayev adına şəhər 2 saylı tam orta məktəbin, II yerə şəhər 4 saylı tam orta məktəbin, III yerə isə A.Soltanov adına Qəşəd kənd tam orta məktəbin komandaları layiq görülüblər.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs təkələsi




Facebook-da paylaş