Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Barselona" və "Real Madrid" komandaları Göyçayda qarşılaşdı



Taekvondo idman növündə qara kəmər ustaları Kazım və Cavanşir müəllim futbol həvəskarları kimi də tanınırlar. Hər iki taekvondo ustası bir yerdə olanda aralarında futbol barədə mübahisələr olar. Kazım müəllim "Barselona"nın, Cavanşir müəllim isə "Real Madrid"in azarkeşidi.

Hər dəfə bu komandalar qarşılaşanda bu iki insanı ekran qarşısından ayırmaq müşkül məsələyə çevrilir, hətta mümkünsüz olur. Sonda qalib olan tərəf telefona sarılaraq qarşı tərəfi "təbrik" eləməyə can atır.

Bu yaxınlarda yenə də tərəflər arasında mübahisə yaranıb və qərara alınıb ki, həvəskarlardan ibarət komandalar yaradılsın və oyun təşkil edilsin.

Beləliklə, Göyçay Olimpiya Mərkəzində "Barselona" və "Real Madrid" komandalarının görüşü baş tutub. Komandaların heyətləri bir çox peşə sahiblərindən təşkil olunub.

Qarşılıqlı hücumlarla və gərgin keçən oyunda tamaşaçılar 22 qolun şahidi olublar. Oyunun təşkil olunmasında əsas füqurlar olan Kazım və Cavanşir müəllim də qol sevinci yaşayıb.

Sonda isə sevinən tərəf Kazım müəllimin komandası olub. Belə ki, "Barselona" "Real Madrid"i 14-8 hesabı ilə məğlub etməyi bacarıb.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş