Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Əl-Nəsr”dən əzmkar oyun: Ronaldu komandasının qələbə qolunu vurub






Səudiyyə peşəkar liqasının 28-ci turunda “Əl-Nəsr” öz meydanında “Əl-Şəbab”ı qəbul edib.

BrendSport.az xəbər verir ki, oyun ev sahiblərinin 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb.

Matçın 24-cü dəqiqəsində Kristian Quanka penaltini dəqiq yerinə yetirərək “Əl-Şəbab”ı hesabda irəli çıxarıb. 40-cı dəqiqədə Quanka dubl edərək fərqi böyütsə də, birinci yarının sonunda meydan sahibləri qollardan birinin əvəzini çıxa biliblər. 51-ci dəqiqədə Əbdülrəhman Qərib hesabı bərabərləşdirib. 7 dəqiqə sonra isə komandanın lideri Kriştianu Ronaldu “Əl-Nəsr”in üçüncü qoluna imza atıb və oyunda yekun hesabı müəyyənləşdirib – 3:2.

Qeyd edək ki, “Əl-Nəsr” bu mövsüm Səudiyyə liqasında 28 oyundan 63 xalla ikincidir. “Əl-Şəbab” isə 53 xalla üçüncü yerdədir. “Əl-İttihad” 66 xalla liderdir.


Facebook-da paylaş

Xəbəri paylaş